BAKI, 30 dekabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev LGBT təbliğatını qadağan edən qanun imzalayıb.
Teleqraf xəbər verir ki, müvafiq müddə qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması haqqında qanuna daxil edilib.
Prezidentin mətbuat xidmətinin açıqlamasında deyilir: "Dövlət başçısı Qazaxıstan Respublikasının arxiv məsələləri və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Qazaxıstan Respublikasının Qanununu imzalayıb".