BAKI, 15 dekabr. TELEQRAF
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin nizamlanması üçün Kiyevin sülh razılaşması üzrə öhdəliklərinin icrasına təminat verən mexanizmlərin yaradılmasının vacibliyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.
D. Peskov qeyd edib ki, Rusiya Ukraynanın sülh razılaşmasını imzaladıqdan sonra onların icrasını sabotaj etməsi ilə razılaşmayacaq.