BAKI, 12 dekabr. TELEQRAF

Türkiyə Ukrayna ilə bağlı istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

"Ankara müharibənin sona çatması üçün danışıqlar prosesini yaxından izləyir. Bu kontekstdə Türkiyə istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazırdır".