BAKI, 12 dekabr. TELEQRAF
"İtaliya, Macarıstan, Avstriya və Polşanın Aİ-dən çıxması qurumun sonu demək olar."
Teleqraf xəbər verir ki, bunu Rusiya senatoru Aleksey Puşkov deyib.
Puşkov bu fikri Telegram kanalında ABŞ mediasında yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. Həmin məlumatlarda ABŞ prezidenti Donald Trampın İtaliya, Macarıstan, Avstriya və Polşanı Aİ-dən çıxarmaq istədiyi qeyd olunub.
Senator əlavə edib ki, Trampın Avropa dövlətləri olmadan ən nüfuzlu ölkələr qrupunun yaradılması ideyası da Vaşinqtonla Brüssel arasındakı dərinləşən ziddiyyətləri göstərir.
Puşkov yazıb: “Tramp Aİ-ni və onu idarə edən sol-liberal elitanı özünə açıq düşmən kimi görür.”
Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Trampı Avropanın işlərinə müdaxilə etməməyə çağırıb. Puşkov isə hesab edir ki, onun narahatlığı başadüşüləndir: "Dörd ölkənin çıxması Aİ-nin sonu olardı. Lakin Trampın bu xəbərdarlıqlara məhəl qoyacağı inandırıcı deyil.”
Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Fridrix Mers ABŞ-ı in Aİ-ni düzgün təsnif etmədiyini bildirmişdi.