BAKI, 12 dekabr. TELEQRAF
Ağ Evin mətbuat katibi Kerolayn Leavitt ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə danışıqlar prosesindən narazılığını ifadə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Leavitt deyib: “Prezident bu münaqişənin hər iki tərəfindən son dərəcə məyusdur və görüşlərin sadəcə görüş xatirinə keçirilməsindən yorulub.”
Onun sözlərinə görə, Tramp daha az söz, daha çox real addım tələb edir.
Leavitt əlavə edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və digər rəsmi şəxslər hazırda Rusiya və Ukrayna ilə danışıqları davam etdirirlər.
Ağ Evin mətbuat katibi həmçinin Trampın Ukraynanın ABŞ-yə təqdim etdiyi sülh planına son cavabından xəbərdar olduğunu vurğulayıb.