BAKI, 11 dekabr. TELEQRAF

ABŞ, Avropa İttifaqı və Ukrayna nümayəndələri dekabrın 13-də prezident Donald Trampın sülh planının həyata keçirilməsini müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ-nin yüksək səviyyəli rəsmiləri prezident Trampın sülh planını müzakirə etmək üçün şənbə günü Parisdə Ukrayna, Fransa , Almaniya və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələri ilə görüşəcəklər.