BAKI, 9 dekabr. TELEQRAF

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, tərəflər ikitərəfli münasibətlər və regional inkişaflarla bağlı müzakirələr aparıblar.

Telefon danışığı zamanı nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə yüksək səviyyəli təmasların intensivliyini müsbət qiymətləndirib və həftənin sonunda Türkmənistanın Aşqabad şəhərində keçiriləcək "Sülh və Etimad üzrə Beynəlxalq Forum" çərçivəsində görüşəcəklərinə dair razılığa gəliblər.