BAKI, 9 dekabr. TELEQRAF
ABŞ Konqresinin üzvü Marjori Teylor Qrin prezident Donald Trampın son sərt bəyanatına cavab olaraq “I AM AMERICA FIRST” sözlərini paylaşdıqdan sonra onun mesajı sosial şəbəkələrdə sürətlə yayılıb.
Teleqraf xəbər verir ki, Konqresmenin X sosial şəbəkəsindəki paylaşımı qısa müddətdə 1,7 milyon baxış toplayıb. Qrin bu ifadə ilə Trampın onu “MAGA dəyərlərindən uzaqlaşmaqda” ittiham edən geniş tənqidinə reaksiya verib.
Tramp Truth Social platformasında Qrini “xəyanətkar” adlandırıb, onun “60 dəqiqə” proqramındakı çıxışını isə “zəif və hazırlıqsız” kimi qiymətləndirib.
CBS-ə müsahibəsində Qrin bəyan edib ki, bir çox respublikaçı konqresmenlər Trampı arxadan tənqid etsələr də, o, 2024-cü ildə ilkin seçkidə qalib gələndən sonra “MAGA dəstəyinə keçiblər”.
Qrin bir müddət əvvəl açıqlamışdı ki, o, yanvar ayında Konqresi tərk edəcək. Konqresmen ayrılma qərarını prezidentlə qarşıdurmanın dairəsini genişləndirməmək istəyi ilə izah etmişdi.
Qrin həmçinin Trampı seçkiqabağı vədlərini yerinə yetirməməkdə ittiham edib: “Onun əsas diqqəti daxili siyasət olmalı idi, amma olmadı,” – deyə o bildirib.
Konqresmen prezidentin onu “xəyanətkar” adlandırmasından sonra ünvanına bomba hədələri və ailəsinə yönəlmiş təhdidlər aldığını da bildirib.