BAKI, 7 dekabr. TELEQRAF

"Ukrayna münaqişəsi üzrə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofla aparılan danışıqlar Rusiya ordusunun cəbhədəki irəliləyişi fonunda daha əlverişli şəraitdə baş tutub".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, Rusiya ordusunun əməliyyat uğurları görüşə birbaşa təsir göstərib:

“Cəbhədəki hərbçilərimiz sayəsində danışıqlar daha əlverişli vəziyyətdə keçdi. Biz inamla irəliləyirik və bunu heç kim, o cümlədən amerikalılar da inkar edə bilməz”.

Kreml rəsmisi həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı fikirlərə diqqət çəkib:

“Tramp Zelenskiyə bildirib ki, fevralda daha yaxşı şərtlər əldə edə bilərdi, indi isə Ukraynanın mövqeyi zəifləyir”.