BAKI, 6 dekabr. TELEQRAF
Ukrayna pilotsuz katerlərinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalına hücumundan sonra Qazaxıstanın əsas hədəfi hasilatın sutkalıq həcmlərini saxlaması və iqtisadi risklərin minimuma endirilməsidir.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyimdən TASS-a bildirib.
Nazirlikdən qeyd edilib ki, hücum nəticəsində yaranan mənfi təsirlərin azaldılması üçün neftin alternativ ixrac marşrutlarına təcili yönləndirilməsi planı aktivləşdirilib.
29 noyabrda Novorossiysk yaxınlığında CPC terminalının bir UPP qurğusu Ukrayna PUA katerləri tərəfindən zərbə almış və ciddi zədələnmişdi.
Qazaxıstan XİN hadisəni mülki obyektə qarşı təcavüz aktı adlandıraraq Kiyevə etiraz bildirmişdi. Ukrayna tərəfi Astananın narahatlığını nəzərə aldıqlarını açıqlamışdı.
Qazaxıstan üçün alternativ istiqamətlər arasında Bakı–Tbilisi–Ceyhan kəməri də göstərilir. Lakin xammalın ora ötürülməsi üçün Xəzərdə tanker vasitəsilə daşınma tələb olunur.
CPC ilə neft nəqli 2024-cü ildə 63 milyon ton təşkil edib, bunun 70%-dən çoxu Qazaxıstanda hasil olunan, lakin xarici şirkətlərə məxsus neft olub.