BAKI, 6 dekabr. TELEQRAF
Dünyanın ən cəlbedici şəhəri hansıdır? 2025-ci ildə təkcə 18 milyon turist qəbul edən Paris artıq beşinci ildir ki, ardıcıl olaraq dünyanın ən yaxşı şəhəri seçilib.
Teleqraf xəbər verir ki, bu nəticə Euromonitor International analitik şirkətinin hazırladığı "Top 100 City Destinations Index 2025" reytinqində təsdiqlənib. Hesabata görə, yenidən açılan Notr-Dam kilsəsi və PSG-nin tarixində ilk dəfə Çempionlar Liqasını qazanması Parisdə turizm bumunu daha da gücləndirib. Şəhər turizm siyasəti və infrastrukturu ilə bu axına tam hazır idi.
Reytinq şəhərləri turizm, davamlılıq, iqtisadi göstəricilər və sağlamlıq-təhlükəsizlik kimi meyarlar üzrə qiymətləndirir.
Avropa yenə ilk 10-luğa dominantlıq edir
2025-ci ilin ilk onluğunda 6 Avropa şəhəri var:
1. Paris
2. Madrid
3. Tokyo
4. Roma
5. Milan
6. Amsterdam
7. Barselona (2 pillə irəliləyib)
Keçən il ilk 10-luqdan çıxan London (№13) bu il də geriləyərək 18-ci yerə düşüb. O, siyahıda 17-ci yerdəki Honkonq və 19-cu yerdəki Kyoto arasında qərarlaşıb. London turizm infrastrukturu üzrə 4-cü olsa da, turizm siyasəti, təhlükəsizlik və davamlılıq üzrə zəif nəticə göstərib.
Asiya-Sakit okean bölgəsi də yüksəlişdədir
Regionda güclü göstəricilər qeydə alınıb:
Tokyo — №3
Sinqapur — №9
Seul — №10
Tokyo həmçinin turizm infrastrukturu üzrə dünyanın ən yaxşı 3-cü şəhəridir. Narita Beynəlxalq Hava Limanına genişləndirmə və 3-cü uçuş zolağının əlavə olunması ilə 2039-cu ilə qədər sərnişin tutumu ikiqat artacaq.
ABŞ-dən yalnız bir şəhər TOP-10-da yer alır.
Nyu-York — №6 (yenə də ilk 10-luqda olan yeganə amerika şəhəri)
Los-Anceles — №13 (5 pillə yüksəlib)
Orlando isə turizm performansı üzrə dünya lideridir.
Orlandonun bu yüksəlişi may ayında açılan Epic Universe tematik parkı, Sea World və Disney World-dəki yenilənmələr və şəhərin bu il 6 FIFA Klub Dünya Kuboku matçına ev sahibliyi etməsi ilə əlaqələndirilir.
2025-ci ildə ən çox turist qəbul edən şəhərlər
1. Bangkok — 30.3 milyon nəfər
Bangkok həm turizm siyasəti və cəlbediciliyi, həm də beynəlxalq səfərlərin ümumi sayına görə dünya lideridir.
İlk beşlik belədir:
1. Bangkok — 30.3 mln
2. Honkonq — 23.2 mln
3. London — 22.7 mln
4. Makao — 20.4 mln
5. İstanbul — 19.7 mln
Daha sonra:
6. Dubay — 19.5 mln
7. Məkkə — 18.7 mln
8. Antalya — 18.6 mln
9. Paris — 18.3 mln
10. Kuala Lumpur — 17.3 mln
Euromonitor International üçün 2025-ci ilin TOP-10 şəhərləri:
1. Paris
2. Madrid
3. Tokyo
4. Roma
5. Milan
6. Nyu-York
7. Amsterdam
8. Barselona
9. Sinqapur
10. Seul