BAKI, 5 dekabr.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yaxın həftələrdə müsbət yeniliklərin ola biləcəyinə ümid etdiyini deyib.

Teleqraf xəbər verir ki, o, bu barədə NBC News telekanalına müsahibəsində danışıb.

Vens bildirib ki, prosesdə irəliləyiş var, lakin hələ yekun nöqtəyə çatılmayıb.

“Hesab edirəm ki, hər halda, böyük irəliləyiş əldə etmişik. Amma hələ finiş xəttinə çatmamışıq. Düşünürəm ki, qarşıdakı bir neçə həftə ərzində bu istiqamətdə yaxşı xəbərlər ola bilər”, - o bildirib.

Vitse-prezident həmçinin qeyd edib ki, o və bütün Ağ Ev Ukrayna böhranının indiyədək həll olunmamasından məyusdurlar.Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dəfələrlə müharibənin asanlıqla nizamlanacağını düşündüklərini açıqlayıb.

Xatırladaq ki, 2 dekabrda Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu və Amerika liderinin kürəkəni Cared Kuşneri qəbul edib.