BAKI, 4 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerlə görüşün detalları barədə açıqlama verib.
Teleqraf xəbər verir ki, dövlət başçısı görüşün kifayət qədər uzun sürdüyünü bildirib.
V. Putinin sözlərinə görə, bunun səbəbi sülh təkliflərinin hər bir bəndinin ayrıca müzakirə olunması olub:
"Uitkoff və Kuşnerlə görüş çox uzun sürdü, çünki sülh planının bütün maddələrini bir-bir nəzərdən keçirməli olduq. Görüş çox faydalı oldu".