BAKI, 2 dekabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi ABŞ Dövlət Departamenti ölkə üçün təhlükə hesab edilən bir sıra qanuni miqrantların vizalarını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit açıqlama verib.

O bildirib ki, Rubio səlahiyyətlərindən istifadə edərək ABŞ-yə qanuni daxil olmuş, lakin risk daşıyan şəxslərin vizalarını ləğv edib.

Levitin sözlərinə görə, ABŞ vizası almaq istəyənlər üçün yoxlama tələbləri və prosedurları xeyli sərtləşdirilib.