BAKI, 2 dekabr. TELEQRAF

Asiyanın dörd ölkəsində tropik siklonlar və güclü musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 1 100 nəfəri ötüb. On milyonlarla insan təbii fəlakətdən zərər görüb.

Teleqraf.com xəbər verir ki, ən ağır zərbə Şri-Lanka, İndoneziyanın Sumatra adası, Cənubi Tayland və Şimali Malayziyaya dəyib.

Şri-Lanka hökuməti ölkə üzrə fövqəladə vəziyyət fonunda minlərlə hərbçini daşqın zonalarına yerləşdirib. İndoneziya Sumatrada xilasetmə və təxliyə işlərinə ordu, donanma və hava qüvvələrini cəlb edib.

Rəsmi qurumlar bildirir ki, itkin düşənlərin sayı çox olduğundan ölüm sayının artması ehtimalı yüksəkdir.