BAKI, 2 dekabr. TELEQRAF
Bolqarıstanın paytaxtı Sofiya və ölkənin digər şəhərlərində hökumətin büdcə siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, polis qüvvələri iğtişaşların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Bolqarıstan mediasının məlumatına görə, müxalifət tərəfindən təşkil edilən dinc aksiyada 20 mindən çox insan iştirak edib. Etirazçılar hökumət, parlament və prezident administrasiyasının binaları arasında yerləşən ərazini tamamilə tutublar.
Gərginlik yerli vaxtla axşam saat 21:30 radələrində şəhər küçələri ilə yürüş zamanı başlayıb.
Etirazçıların əsas narazılığı hazırda parlamentdə müzakirə edilən 2026-cı il dövlət büdcəsi layihəsi ilə bağlıdır.