BAKI, 1 dekabr. TELEQRAF
Dekabrın 4-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ruanda və Konqo Demokratik Respublikasının liderləri Pol Kaqame və Feliks Tşisekedini qəbul edəcək.
Teleqraf xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, görüş zamanı tərəflər sülh sazişi imzalayacaqlar.
"Prezident Tramp cümə axşamı günü Ruanda Respublikası və Konqo Demokratik Respublikasının prezidentlərini onun vasitəçilik etdiyi tarixi sülh və iqtisadi sazişi imzalamaq üçün qəbul edəcək", - o, brifinqdə deyib.
İyunun 27-də tərəflər Vaşinqtonda münaqişənin həllinə dair saziş imzalayıblar. Razılaşma çərçivəsində tərəflər Ruanda qoşunlarının 90 gün ərzində çıxarılmasını və 30 gün ərzində birgə təhlükəsizlik koordinasiya mexanizminin yaradılmasını ehtiva edən razılaşmaya əməl etməyi öhdələrinə götürüblər.
Lakin noyabrın 3-də Konqo Prezidenti Ruandalı həmkarını guya respublikanın şərq hissəsini ilhaq etmək istəməkdə ittiham edib.