BAKI, 28 noyabr. TELEQRAF
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak vəzifəsindən istefa verib.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” vasitəsilə yayımladığı video-müraciətində bildirib.
“Ofisin rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb. Prezident Aparatında Yermakın rəhbərlik etdiyi strukturun yenidən qurulması həyata keçiriləcək. Sabah bu instituta rəhbərlik edə biləcək namizədlərlə məsləhətləşmələr aparacağam”, – V. Zelenski qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Andrey Yermakın hökumət məhəlləsində yerləşən mənzilində axtarış aparılıb.
