BAKI, 28 noyabr. TELEQRAF
Argentina Prezidenti Xavyer Miley ABŞ-yə nəzərdə tutulan 15-ci səfərini heç bir səbəb göstərmədən ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkə prezident administrasiyasının rəhbəri Manuel Adorni "X" hesabında məlumat yayıb.
Adorni bildirib ki, dövlət başçısı Vaşinqton şəhərində dekabrın 5-də keçirilməsi planlaşdırılan futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak etmək üçün səfərə çıxmaq qərarından imtina edib.
Səfərin niyə ləğv edildiyi ilə bağlı rəsmi açıqlama verilməyib.