BAKI, 26 noyabr. TELEQRAF
Ukrayna və ABŞ nümayəndə heyətlərinin Cenevrədə keçirdiyi danışıqlarda Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması məsələsi müzakirə olunmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib.
Onun sözlərinə görə, tərəflər yalnız ordunun sülh dövründəki say tərkibi ilə bağlı yanaşmaları müzakirə ediblər.
"Ukrayna Silahlı Qüvvələrinin ixtisarı müzakirə mövzusu olmayıb. Söhbət ordunun sülh dövründəki sayına dair baxışlardan gedib. Bu, olduqca mübahisəli mövzudur", - o qeyd edib.