BAKI, 26 noyabr. TELEQRAF

Tayvan administrasiyası müdafiə büdcəsinə əlavə olaraq 40 milyard dollar ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə adanın rəhbəri Lay Tsinde “The Washington Post” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, ayrılacaq vəsait əsasən ABŞ-dən silah tədarükünə yönəldiləcək. Lay Tsinde əlavə edib ki, gələcəkdə Tayvan administrasiyası müdafiə sənayesinin və hərbi texnologiyaların inkişafına daha çox sərmayə qoymağı planlaşdırır.