BAKI, 25 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə görüş keçirmək planı hələlik gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keroqayn Livitt jurnalistlərə açıqlama verib.

“Hazırda belə bir plan yoxdur. Bildiyiniz kimi, hər şey çox tez dəyişə bilər”, - deyə Livitt Tramp–Zelenski görüşü ilə bağlı ehtimalı şərh edib.