BAKI, 23 noyabr. TELEQRAF
Ukrayna danışıqlar heyətinin rəhbəri və Prezident Volodimir Zelenskinin ofis rəhbəri Andrey Yermak ABŞ nümayəndə heyəti ilə Cenevrədə keçirilən ilk görüşü məhsuldar adlandırıb və yaxın vaxtlarda növbəti görüşün baş tutacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Yermak "Telegram" kanalında yazıb.
O bildirib ki, tərəflər ilk sessiyada çox yaxşı irəliləyişə nail olublar və müzakirələr ABŞ tərəfindən təqdim olunan ümumi təkliflər ətrafında aparılıb.
Onun sözlərinə görə, gün ərzində ikinci görüşün keçirilməsi planlaşdırılır və bu mərhələdə Avropa tərəfdaşları da prosesə cəlb olunacaq.