BAKI, 22 noyabr. TELEQRAF

Böyük Britaniya ordusu Beynəlxalq Müdafiə Kiberidman Oyunlarının təşkilinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında yayımlanan açıqlamada bildirilib.

Londonun məlumatına görə, bu təşəbbüs hərbçilərin real döyüş şəraitində qarşılaşa biləcəyi situasiyalara daha yaxşı hazırlaşmasına kömək edəcək.

“Beynəlxalq müdafiə kiberidman oyunları müasir hərbi əməliyyatlar üçün tələb olunan rəqəmsal bacarıqların inkişafında mühüm addımdır. Oyun texnologiyalarının dəyəri, o cümlədən Ukraynada yaşanan münaqişələrdən alınan dərslər, PUA operatorlarının hazırlanması və kibersahədə imkanların genişləndirilməsi baxımından özünü aydın göstərib”, - Birləşmiş Krallığın Kiber Əməliyyatlar və Xüsusi Əməliyyatlar Komandanlığının komandir müavini Tom Kopincer-Sayms deyib.

Məlumata görə, oyunlarda 40-dan çox ölkədən kiberidmançılar iştirak edəcək. İlk yarış 2026-cı ilin oktyabrında Sanderlend şəhərində keçiriləcək. Britaniya Kiberidman Assosiasiyasının prezidentinin sözlərinə görə, növbəti turnirlər ABŞ və Avstraliyada baş tutacaq.Birləşmiş Krallığın Kiber Əməliyyatlar və Xüsusi Əməliyyatlar Komandanlığının komandir müavini Tom Kopincer-Sayms deyib: