BAKI, 20 noyabr. TELEQRAF

ABŞ tərəfindən hazırlanmış Ukrayna münaqişəsinin həlli planı Ukrayna Silahlı Qüvvələrinin sayını iki dəfəyə qədər azaltmağı nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu barədə "The Economist" məlumat yayıb .

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ tərəfindən Ukrayna münaqişəsinə dair yeni sülh planı ilə bağlı rəsmi Moskvaya heç bir məlumat daxil olmayıb.