BAKI, 15 noyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Rusiya rəhbəri Vladimir Putinlə fikir ayrılıqlarına baxmayaraq danışıqlar aparmağın zəruriliyini dərk edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində deyib.

Onun sözlərinə görə, bir çoxları Trampı Putinlə danışdığı üçün tənqid edib.

“Siz Vladimir Putinin qərarları ilə razılaşmaya bilərsiniz, amma əgər sülh istəyirsinizsə, güc göstərməli və insanlarla danışmalısınız”, - Vens bildirib.

O, həmçinin xatırladıb ki, Tramp ilk prezidentlik dövründə Şimali Koreya lideri Kim Çen Inla görüşdüyü üçün də oxşar tənqidlərə məruz qalmışdı. Vitse-prezidentin sözlərinə görə, Tramp bu tənqidlərə cavab olaraq bildirirdi ki, istənilən şəxs haqda nə düşünülür-düşünülsün, oturub danışmaq və ABŞ-nin maraqlarını irəli aparmağın yollarını axtarmaq vacibdir.