BAKI, 14 noyabr. TELEQRAF

ABŞ-nin 79 yaşlı prezident Donald Tramp uzun səfərlər zamanı 20 saata qədər yatmadan işləyə bilir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində bildirib.

“Əgər 20 saatlıq bir səfərə çıxırıqsa, o, bütün bu müddət ərzində yatmır,” - Vens qeyd edib.

Onun sözlərinə görə, belə hallarda Tramp özü işlədiyi kimi, ətrafındakı komandanın da eyni tempdə işləməsini gözləyir. Vitse-prezident həmçinin ABŞ liderinin çox sağlam olduğunu vurğulayıb.

CNN daha əvvəl Trampın Oval kabinetdə keçirilən tədbir zamanı yuxuya getdiyini iddia etmişdi.