BAKI, 12 noyabr. TELEQRAF
Ermənistan Rusiya taxılından imtina etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O vurğulayıb ki, Ermənistan bazardakı digər təklifləri də nəzərdən keçirəcək, lakin Rusiya ilə mövcud əməkdaşlıq davam etdiriləcək.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Ermənistanın siyasi səbəblərdən Rusiya taxılından imtina edərək Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, daha bahalı Ukrayna taxılına üstünlük vermək niyyətində olduğuna dair məlumat yayıb.
Qeyd olunub ki, bu qərar İrəvanın Moskva ilə iqtisadi əlaqələri zəiflətmək və Kiyevə dəstək göstərmək cəhdləri kimi qiymətləndirilir.