BAKI, 12 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Xarici Kəşfiyyat Xidmətinın ölkəsi ilə bağlı yaydığı məlumatı təkzib edib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

"Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil. Belə bir şey yoxdur, tamamilə cəfəngiyyatdır", - Paşinyan qeyd edib.

***

12:31

Ermənistan siyasi səbəblərdən Rusiyadan asılılığını azaltmaq və Ukraynaya yardım məqsədilə bu ölkədən taxıl almaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistan uzun illər ərzində taxılı Rusiyadan idxal edib, amma hazırda siyasi mülahizələrə görə Moskvadan uzaqlaşmaq və Ukraynaya dəstək göstərmək üçün lazım olan taxılın bir hissəsini Ukraynadan əldə etməyə çalışır.

"Ukrayna taxılının qiyməti Rusiya məhsullarından təxminən 1,5 dəfə baha olsa da, Brüsseldə Ermənistanın bu artıq xərclərinin Avropa İttifaqı vəsaitləri hesabına kompensasiya olunması müzakirə edilir",- məlumatda deyilir.