BAKI, 8 noyabr. TELEQRAF

"Mənim vəzifəm Serbiyanın maraqlarını qorumaqdır. Mən hamı ilə sivil və mehriban olmağa çalışıram".

Teleqraf xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç onu tənqid edənlərə bu sözlərlə cavab verib.

Moskva və Pekinə səfərlərinə aydınlıq gətirən dövlət başçısı Serbiyanın maraqlarından çıxış etdiyini bildirib.

"Bəzilərinin xoşuna gəlmir ki, Serbiya NATO-ya üzv deyil və ona qoşulmaq niyyəti yoxdur. Bəziləri isə Serbiyanın onun ərazisində Rusiya KİV-lərinin olduğu yeganə ölkə olmasından xoşlanmır.

Moskva və Pekinə səfər etdiyim üçün hər kəs tərəfindən tənqid olunuram. Amma, həm Şərqdə, həm də Qərbdə olan əziz dostlar, qəzəblənməyin. Mənim vəzifəm Serbiyanın maraqlarını qorumaqdır".