BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ Rumıniyada hərbi kontingentinin sayını azaldacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ təxminən 700 hərbçini Rumıniyadan çıxarmağı planlaşdırır.

Qərar Vaşinqtonun regionda qüvvələrin yerləşdirilməsi strategiyasına yenidən baxması ilə əlaqələndirilir.