BAKI, 25 oktyabr. TELEQRAF

Türkiyənin Bartın vilayətində işçiləri daşıyan servis avtobusunun yağış səbəbindən sürüşkən yolda idarəetməni itirərək aşması nəticəsində 1 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, "TRT-Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə çoxsaylı təcili yardım, polis və yanğınsöndürən qruplar cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.