BAKI, 24 oktyabr. TELEQRAF

ABŞ Prezident Administrasiyası İkinci Dünya müharibəsi dövründə inşa edilmiş Ağ Evin altındakı yeraltı bunkerin modernləşdirilməsinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "CBS" telekanalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Evin Şərq qanadında aparılan tikinti işlərinə yalnız bilyard və tədbir zalının inşası deyil, həm də fövqəladə hallarda istifadə olunan Prezident Əməliyyat Mərkəzinin (PEOC) yerləşdiyi müdafiə qurğusunun yenilənməsi daxildir.

Bunker ilk dəfə prezident Franklin Ruzvelt üçün mümkün hava hücumlarından qorunmaq məqsədilə tikilib. Müasir dövrdə o, 2001-ci il 11 sentyabr terror hücumlarından sonra və 2020-ci ildə Corc Floyd etirazları zamanı istifadə olunub.

Amerika mediası yazır ki, bunker layihəsinin maliyyə mənbəyi hələlik açıqlanmayıb.