BAKI, 21 oktyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İsrailə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ və İsrail birgə əməkdaşlıqla bölgədə daha yaxşı gələcək təmin edə, habelə qalan 15 girovun azad olunmasına dəstək göstərə bilərlər.
Səfər çərçivəsində vitse-prezidentin İsrail rəhbərliyi ilə görüşləri planlaşdırılır və tərəflərin regional təhlükəsizlik, humanitar məsələlər və ABŞ-İsrail tərəfdaşlığının möhkəmləndirilməsi barədə müzakirələr aparacağı gözlənilir.