BAKI, 16 oktyabr. TELEQRAF
Mən tərəfindən Erməni Apostol Kilsəsinə qarşı heç bir hücum həyata keçirilməyib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
"Qeyd etmək istəyirəm ki, kilsə sənədlərində heç bir yerdə katolikos vəzifəsini tutan şəxs və kilsənin eyni olduğu yazılmır. Keçmişdə bəzi yepiskoplar da cinayət məsuliyyətinə cəlb olunublar. Bundan sonra kilsə dağıldı? Xeyr, dağılmadı", - o qeyd edib.
Qeyd edək ki, oktyabrın 15-də Ermənistan Apostol Kilsəsi hüquq-mühafizə orqanları tərəfindən 13 din xadimi, o cümlədən Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyanın saxlanıldığını açıqlamışdı. Artıq onlardan üçü barəsində həbs qətimkan tədbiri seçilib. Din adamlarına qarşı açılan cinayət işi mitinqlərdə iştirak etməyə məcburetmə ittihamı ilə bağlıdır.