BAKI, 14 oktyabr. TELEQRAF
Belçika hökuməti Avropa İttifaqı və NATO qarşısında götürdüyü öhdəliklər çərçivəsində 34 milyard avro dəyərində genişmiqyaslı hərbiləşmə planı üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Belçikadakı səfiri Denis Qonçar müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, proqram çərçivəsində Patriot, SAMP/T, NASAMS və Skyranger hava hücumundan müdafiə sistemlərinin, eləcə də helikopterlərin, zirehli texnikanın və 2 min pilotsuz uçuş aparatının alınması planlaşdırılır. Belçika həmçinin F-16 qırıcılarını əvəzləmək üçün F-35 təyyarələrinin sayını 45-ə çatdırmaq niyyətindədir.
Qonçar qeyd edib ki, hərbiləşmə planı ölkə iqtisadiyyatının pisləşdiyi bir vaxtda hazırlanır.
“Belçikanın faktiki olaraq öz vəsaiti qalmayıb, ölkə borclanma hesabına yaşayır”, - deyə səfir vurğulayıb.