BAKI, 13 oktyabr. TELEQRAF

NATO 14 üzv ölkənin iştirakı ilə “Steadfast Noon” adlı illik nüvə qarşısının alınması təliminə başlayır.

Teleqraf xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte video-müraciətində bildirib.

Məlumata görə, təlimlərdə 71 təyyarə və 2000 hərbçi iştirak edir.

Rutte qeyd edib ki, bu təlimlər müntəzəm keçirilir və məqsədi alyansın nüvə müdafiə qabiliyyətini möhkəmləndirməkdir.

“Bu, istənilən potensial rəqibə açıq mesajdır. Biz bütün müttəfiqlərimizi müdafiə edə biləcəyik və edəcəyik”, - o vurğulayıb.

Təlimlərdə ABŞ-nin F-35, Almaniyanın Tornado, Polşanın F-16, Finlandiyanın F-18 və İsveçin Gripen qırıcıları, həmçinin müxtəlif dəstək təyyarələri iştirak edəcək. Əsas baza Niderlandın Volkel aviabazası olacaq, əlavə mərhələlər isə Böyük Britaniya və Belçikadakı bazalarda keçiriləcək.