BAKI, 9 oktyabr. TELEQRAF
BMT maliyyə çatışmazlığı səbəbindən sülhməramlı əməliyyatlarda iştirak edənlərin sayını 25% azaltmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək vəzifəli BMT rəsmisi məlumat verib.
Bildirilir ki, ümumilikdə 13–14 min sülhməramlı əməkdaşı ixtisar gözləyir. Bu qərar üzv dövlətlərin üzvlük haqqını ödəməməsi və gecikdirmələri ilə bağlıdır.
BMT-nin büdcə defisiti əsasən ABŞ daxil olmaqla bir sıra ölkələrin ödənişləri gecikdirdiyi və ya tam ödəmədiyi üçün yaranıb. ABŞ BMT-yə təxminən 3 milyard dollar borcludur, bunun 1,5 milyardı isə əsas büdcəyə aiddir.