BAKI, 8 oktyabr. TELEQRAF

Tayvan ABŞ-dən "MH-60R Seahawk" sualtı qayıq əleyhinə helikopterlərinin alınması ilə bağlı danışıqları bərpa etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti hökumət mənbəsinə istinadən yazıb.

Məlumata əsasən, Taypeyin hərbçiləri 13 və ya daha çox helikopter əldə etmək niyyətindədir, dəqiq say Vaşinqtonla aparılacaq danışıqlardan sonra müəyyən ediləcək.

Qeyd olunur ki, "MH-60R" helikopteri ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas sualtı döyüş vasitələrindən biridir və Asiya-Sakit okean regionunda da böyük tələbatı var.