BAKI, 8 oktyabr. TELEQRAF

Tayvanın şərqində 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 07:52-də (Bakı vaxtı ilə 02:52) Hualyen dairəsində baş verib. Zəlzələnin ocağı 6,1 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Rəsmilər bölgədə vəziyyəti izlədiklərini və əlavə məlumatların ictimaiyyətə çatdırılacağını bildiriblər.