BAKI, 6 oktyabr. TELEQRAF

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradın artıq NIS şirkətinə (“Serbiya Neft Sənayesi”) qarşı ABŞ sanksiyalarının yenidən təxirə salınması üçün artıq imkanın qalmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Vuçiç "Pink" telekanalına açıqlama verib.

O qeyd edib ki, yeganə yol sərvətin milliləşdirilməsini tələb etmək olardı, lakin bu, onun sonuncu variantıdır.

NIS 3 oktyabrda əvvəlki lisenziyanın müddəti bitdikdən sonra fəaliyyətini maneəsiz davam etdirmək üçün ABŞ Maliyyə Nazirliyinə xüsusi lisenziya üçün yeni müraciət göndərib. Bundan əvvəl, 28 sentyabrda şirkət SDN siyahısından çıxarılması üçün əlavə müraciət etmişdi.