BAKI, 30 sentyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın Qəzzada atəşkəsin əldə olunması üçün göstərdiyi səyləri təqdir edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.

“ABŞ Prezidenti Donald Trampın Qəzzada tökülən qanın dayandırılması və atəşkəsin təmin edilməsi istiqamətində göstərdiyi səyləri və liderliyi təqdir edirəm. Bütün tərəflər üçün məqbul olan ədalətli və dayanıqlı sülhün qurulması üçün Türkiyə olaraq prosesə töhfə verməyə davam edəcəyik”, - Ərdoğanın bəyanatında deyilir.