BAKI, 19 sentyabr. TELEQRAF
BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların uzadılmaması ilə bağlı qətnaməni rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Səsvermə zamanı Rusiya, Çin, Əlcəzair və Pakistan qətnamənin lehinə səs verib. Qurumun 9 üzvü, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa əleyhinə səs verib. İki üzv bitərəf qaldı. Beləliklə, Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrində nəzərdə tutulan məhdudiyyətlər bərpa olunub.