BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın təyyarəsi sentyabrın 16-da Böyük Britaniyaya səfəri zamanı Nyu-York səmasında sərnişin təyyarəsinə çox yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, təhlükəli yanaşmanı dispetçer hiss edib və sərnişin təyyarəsinin ekipajına toqquşmadan yayınmaq üçün kursu tənzimləmək göstərişini verib.