BAKI, 14 sentyabr. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Dövlət Dumasının deputatı və idmançı Nikolay Valuyevi axtarışa verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumatı bazasına yerləşdirib.

Valuyev 2022-ci ildə Xmelnitski vilayətinin təhlükəsizlik tərəfindən axtarışa verilmişdi. Keçmiş idmançı “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham olunub.

Valuyevin adı Ukraynanın “Mirotvorets” ekstremist (terrorçuların adları - red.) saytının məlumat bazasında da var.