BAKI, 12 sentyabr. TELEQRAF

Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Ukraynaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Qeyd edilir ki, bu, İ. Kuperin xarici işlər naziri qismində ilk səfəridir.

Səfər çərçivəsində Böyük Britaniya Ukraynaya qış və gələn il üçün 142 milyon funt (təxminən 164 milyon avro) dəyərində yardım paketi ayrıb.