BAKI, 10 sentyabr. TELEQRAF
Ənsar Allah hərəkatının (husilərin) Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb, 118 nəfər yaralanıb.
***
19:59
İsrail Yəmənin şimalında husilərə məxsus Mərkəzi Bankın ofisinə hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bankın Əl-Həzm rayonundakı ofisi vurulub. Bank işçiləri arasında yaralananların olduğu bildirilir.
***
19:57
İsrail ordusunun Ənsar Allah hərəkatının (husilərin) nəzarətində olan Yəmənin paytaxtı Sənaya hava zərbələri nəticəsində ölən və yaralananlar var.
Teleqraf xarici mətbuata istinad xəbər verir ki, üsyançıların "Müdafiə Nazirliyi" hücuma məruz qalıb.
***
18:13
İsrail ordusu Ənsar Allah hərəkatının (husilərin) nəzarətində olan Yəmənin paytaxtı Sənaya hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb .
Konkret hansı obyektlərə hücum edildiyi barədə hələlik məlumat verilməyib.
Ənsar Allah ordusunun sözçüsü Yəhya Sariyanın sözlərinə görə, husilərin hava hücumundan müdafiə sistemləri İsrail hava qüvvələrinin hücumunu zərərsizləşdirməyə çalışır.
“Hazırda hava hücumundan müdafiə sistemləri ölkəmizə qarşı aqressiv hərəkətlər həyata keçirən İsrail təyyarələri ilə qarşı-qarşıyadır”, - o bildirib.