BAKI, 7 sentyabr. TELEQRAF

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecə ərzində Ukraynaya məxsus 69 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, PUA-lar Volqaqrad, Rostov, Voronej, Astraxan, Belqorod, Bryansk, Krosnadar, Kursk, Ryazan vilayətləri və Azov dənizi üzərində aşkarlanaraq məhv edilib.