BAKI, 30 avqust. TELEQRAF

“Qərb dövlətləri Rusiyaya təzyiq göstərməli, rəsmi Moskvanı danışıqlar masasına oturmağa məcbur etməlidir. Ukrayna qalib olacaq, çünki biz güclüyük. Yalnız ədalətli və davamlı sülh istəyirik”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak “Newsmax ” telekanalının efirində bildirib.

O, indiki çətin vəziyyətdə Ukraynanın müharibədə uduzmayacağını, Rusiyanın da qalib gəlməyəcəyini vurğulayıb: “Rəsmi Kiyev bir müddət əvvəl Qərb ölkələrindən Ukraynaya silah verməyi xahiş edib və görəcəksiniz ki, necə mübarizə aparırıq.

Ukrayna Qərbdən öz silahlarının istehsalını qurmaq üçün maliyyə yardımı istəyib. İndi bütün dünya bizim pilotsuz təyyarələrin istehsalında lider olduğumuzu qəbul edir.

Kiyev müttəfiqlərindən Rusiyaya təzyiq göstərməyi xahiş edir. Danışıqlar masası arxasında da qalib olacağıq, çünki biz güclüyük”.