BAKI, 29 avqust. TELEQRAF
Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək, lakin rəsmi Belqrad Avropa İttifaqına (Aİ) doğru addımlamaqda davam edir.
Teleqraf xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç yerli “TV Pink” telekanalının efirində bəyan edib.
"Mən yalnız Serbiya qarşısında cavabdehəm. Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək", - siyasətçi vurğulayıb.
Bundan əlavə, dövlət başçısı Çinlə münasibətlərin inkişafının vacibliyini qeyd edib. Onun sözlərinə görə, hazırda Çin dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir.